IQNA

Avropada islamofobiyanı qanuniləşdirmək cəhdləri

17:25 - January 05, 2022
Xəbər sayı: 3491514
"Avropada İslamofobiya" adlı illik hesabatda bir çox Avropa ölkələrində islamofobiya və müsəlmanlara qarşı ayrı-seçkiliyin qanuniləşdirilməsi səyləri göstərilir.

"İQNA", " TRT"-nin Ərəb bölümünə istinadən xəbər verir ki, 886 səhifəlik "İslamofobiya 2020 üzrə Avropa Hesabatı" adlı bu hesabat müxtəlif ölkələrdən 37 universitet mərkəzi tərəfindən hazırlanıb.

Bu hesabat, əsasən, kontinental Avropada olmaqla 31 ölkədə İslamofobiya fenomenini araşdırmışdır.

Hesabat bəzi Avropa hökümətlərinin müsəlmanlara qarşı ayrı-seçkiliyə yönəlmiş hərəkətlərini və bəzi ifrat sağçı siyasətçilərin anti-İslamizmi qanuniləşdirmək cəhdlərini göstərir.

Avropa ölkələrində islamofobiyanı qanuniləşdirmək cəhdi olaraq bu hesabatın qeyd etdiyi ən mühüm addımlar bunlardır:

Avstriya hökuməti "İslamın Milli Xəritəs" adlı rəqəmsal xəritə hazırlayıb. Bu xəritədə 620-dən çox məscidin, İslam Dərnəyinin və müsəlman rəsmilərin ad və ünvanlarının siyahısı var. Mütəxəssislər rəqəmsal xəritənin müsəlmanları potensial cinayətkar kimi tanıdığını bildirirlər.

Belçikada da Konstitusiya Məhkəməsi 2020-ci ilin iyulunda siyasi və dini simvolların, xüsusən də hicabın ali təhsil müəssisələrində qadağan edilməsi barədə qərar çıxarıb.

Danimarkada isə ifrat sağçı Danimarka Xalq Partiyası bütün dövlət qurumlarında İslam hicabının qadağan edilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Baxmayaraq ki, bu plan parlament tərəfindən rədd edilib.

Fransada hakim partiya 18 yaşına çatmamış qızların ictimai yerlərdə hicab taxmasını qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

Almaniyada türkəsilli hakim, məhkəmə zamanı baş örtüyü taxdığına görə işdən qovulub.

İsveçin təhsil naziri də ölkədə dini məktəblərin tikintisinə qadağa qoyulduğunu açıqlayıb.

Nəhayət, Hollandiyada ifrat sağçı təmsilçi və Azadlıq Partiyasının lideri Geert Vilders bir neçə dəfə hicabı qadağan etməyə cəhd edib.

4026271

captcha