"İQNA", "Sputnik"-in Ərəb bölümünə istinadən xəbər verir ki, bu ağacın Məhəmməd Peyğəmbərin (s) Suriyaya işgüzar səfəri zamanı dincəldiyi ağaca bənzədiyi deyilir. Çeçenistan prezidenti Kadırov sosial şəbəkədə yayımlanan mərasimdə deyib: "Şeyx Hacı Kişiyevin şərəfinə bu məscidin həyətində Həzrət Peyğəmbərin (s) Suriya səfəri zamanı altında dincəldiyi ağaca bənzər bir ağac əkdik."
Kadırov əlavə edib ki, biz bu ağacı İordaniyanın paytaxtı yaxınlığındakı Əzrəq şəhərindən gətirmişik. Bu ağac on beş əsrdən artıqdır ki, həmin ərazidə bitir.
O, bildirib ki, İslam dini bizə Peyğəmbəri (s) sevməyi və ona hörmət etməyi vacib edir. Onun vətəni bizim üçün qiymətlidir. Peyğəmbərə aid olan hər şey bu qaydadan istisna deyil. Bu ağacın da bizim üçün dərin müqəddəs mənası var. Çünki Peyğəmbərin (s) həyatı ilə bağlıdır.
4026285