IQNA

Hindistanda turistik yerlərlərdən biri "Bum İsa" Kilsəsidir

13:59 - January 06, 2022
Xəbər sayı: 3491518
"Müqəddəs Zoeir" Kilsəsi kimi də tanınan "Bum İs" Kilsəsi Qoa şəhərində yerləşən Hindistanın ən məşhur və sevimli kilsələrindən biridir.

"İQNA", xəbər verir ki, Hindistanda din, müxtəlif dini inanclar və təcrübələrlə xarakterizə olunur. Hindistan rəsmi dini olmayan dünyəvi dövlətdir. Xristianlar Hindistan əhalisinə görə üçüncü yeri tuturlar. Hindistanda müstəmləkə dövründən qalan gözəl kilsələri görə bilərsiniz. Bu kilsələrdən biri Qoadakı "Bum İsa" Kilsəsidir.

Kilsənin əhəmiyyətinin səbəbi Qoa və Hindistan yarımadasında ilk xristian missioneri olan Müqəddəs Francis Zoeir-in mumiyalanmasıdır. Bu səbəbdən kilsənin adı "Müqəddəs Zoeir" kimi tanınır.

"Bum İsa" kilsəsi portuqallar tərəfindən tikilmişdir. Onda İntibah dövrünün təzahürünü görmək olar. Burada İtaliya və Avropada deyil, İntibah dövrünün mərkəzindən çox-çox uzaqlarda və yetmiş iki millətin diyarının ürəyi Hindistanda qurulmuş İntibah dövrünün təzahürünü görmək olar.

Bu kilsənin qeyri-adi memarlıq dəyərinə görə bu bina sadə bir ziyarətgahdan daha çox əhəmiyyət qazanmışdır. Hər il çoxlu sayda turist bu möhtəşəm kilsəni ziyarət edir.

4026323

captcha