IQNA

İlahi dinlərin kökləri eynidir və Allahın bəndələri qardaşdırlar

11:17 - January 07, 2022
Xəbər sayı: 3491520
İlahi dinlərin kökləri eynidir və Allahın bəndələri qardaşdırlar
Misir Əl-Əzhərinin Şeyxi İsgəndəriyyə Papası ilə görüşdə yeni ili təbrik edərkən ilahi dinlərin ardıcılları arasında qardaşlığı vurğulayaraq deyib: "İlahi dinlərin kökü eynidir və Allahın bütün bəndələri qardaşdır."

"İQNA", "Bəvabətül-Əhram"-a istinadən xəbər verir ki, Misir Əl-Əzhərinin Şeyxi Əhməd Ət-Tayyib İsgəndəriyyə Papası Papa II Tavadros ilə görüşüb. Onu Yeni il münasibəti ilə təbrik edib.

Əl-Əzhərin Şeyxini salamlayan Roma Papası II Tomas, bayramların həmvətənlər arasında sevgi ifadəsi üçün yaxşı fürsət olduğunu vurğulayıb. Fərqli bayramlarda bir-biri ilə görüşmək bütün cəmiyyəti əhatə edən bir sevgi yaradacaq.

O, qeyd edib ki, şəxsi, ailə, cəmiyyət və dünya sülhünü əhatə edən sülhü yaşatmalıyıq.

Əl-Əzhərin Şeyxi də çıxışında Papa Tavadrosun qeyd etdiyi sülh anlayışı ilə bağlı Yeni ili təbrik edib və deyib: "İsgəndəriyyə Papasının bəhs etdiyi sülh, müsəlmanların dualarında istifadə etdikləri "İlahi, sən salamsan və salam səndəndir ..." ifadəsidir."

O, vurğulayıb ki, bu, bütün ilahi dinlərin köklərinin eyni olduğuna və Allah bəndələrinin hamısının qardaş olduğuna işarədir.

4026387

captcha