IQNA

ABŞ-dakı məscid islamofob hücuma məruz qaldı

21:19 - January 07, 2022
Xəbər sayı: 3491523
ABŞ-ın Ayova ştatının Vaterloo şəhərində islamofob cinayət törədilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, ABŞ-ın Ayova ştatının Vaterloo şəhərində islamofob cinayət törədilib.

Belə ki, orta yaşlı bir qadın ən-Nur məscidinin divarlarında qarla xaç çəkir, daha sonra isə naməlum maye ilə təhqiramiz ifadələr yazır.

“ABŞ-dakı məscidə qarşı növbəti vandalizm aktı müsəlmanlara qarşı yanlış düşüncə ilə bağlı real təhlükəni göstərir”, – deyə ABŞ-İslam Münasibətləri Forumunun (CAIR) direktor müavini Edvard Əhməd Mitçel bildiri.

Məscidin axundu Əhməd Əbuzid deyir ki, islamofob canini İslam dini və İsa peyğəmbərin (ə) müsəlmanların inancındakı yeri barədə məlumatlandırmaq istəyərdi.

“Siz düşünürsünüz ki, biz İsanı (ə) sevmirik? Biz onu sevirik. Biz sizin üçün düşmən deyilik”, – deyə Əbuzid axtarışda olan qadına səslənib.

CAIR ABŞ-ın müvafiq qurumlarını bu cinayəti araşdırmağa çağırıb.

captcha