"İQNA", "Kamerun tribun"-a istinadən xəbər verir ki, bu dua mərasimində 60-dan çox müsəlman və xristian din xadimi də iştirak edib. Onların arasında Yaunde arxiyepiskopu Jan Ambarqa və şəhərin müsəlman liderlərindən biri olan Süleyman Boba da olub.
Ərəbcə oxunan duasında Boba, Allahdan Afrika Millətlər Kuboku üçün Kameruna gələn futbolçuları, azarkeşləri və oyun rəsmilərini qorumasını istəyib.
İngilis dilli separatçılar oyunları pozacaqlarına söz veriblər. Polisin bildirdiyinə görə, üsyançılar cümə axşamı oyunlara ev sahibliyi edəcək şəhərlərdən birində bomba partladıblar. Amma heç kim xəsarət almayıb.
Kamerun Dinlərarası Dialoq Dərnəyinin verdiyi məlumata görə, birgə dua mərasiminə azı 400 mülki şəxs, 20 nazir və yüksək səviyyəli hökumət rəsmiləri qatılıb.
Kamerun yanvarın 9-dan fevralın 6-dək futbol üzrə Afrika çempionatına ev sahibliyi edəcək.
4026960