IQNA

Müsəlman alpinistlər, islamofobyaya qarşı hərəkat başladıb

17:23 - January 09, 2022
Xəbər sayı: 3491534
İngiltərədəki bir qrup müsəlman gənc, dünyada islamofobyaya qarşı mübarizə aparmaq məqsədi ilə bu ölkədə hərəkat başladıb.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Britaniyada bir qrup gənc müsəlman kişi və qadın Britaniyada və bütün dünyada islamofobyaya qarşı mübarizə aparmaq məqsədi ilə "Müsəlman Alpinistlər" hərəkatını başlatdılar.

Britaniyalı müsəlman gənclərin bu təşəbbüsü sosial mediada müsbət qarşılanıb.

İslam Böyük Britaniyada ikinci ən böyük dindir. İndiyədək bu ölkədə 600-ə yaxın məscid və 60 islami məktəb yaradılıb. Onun minimum müsəlman əhalisi 1 milyon, maksimum isə 1,5 milyondur.

Bu arada Britaniya Müsəlmanları Şurası ifrat sağçı qrupların ölkədəki məscidlərə, İslam mərkəzlərinə və müsəlmanlara qarşı irqçi hücumlarından narahatlığını bildirib.

4027116

captcha