IQNA

Keniyada Şiə alimi Şeyx Abdulla Nasir dəfn edilib

20:17 - January 12, 2022
Xəbər sayı: 3491555
Keniyada tanınmış şiə alimi, mərhum Şeyx Abdulla Nasir dəfn edilib.

"İQNA", xəbər verir ki, Şeyx Abdulla Nasirin dəfn mərasimi Keniyada Şeyx Abdulla Nasirin aşiqlərinin və Əhli-Beyt (ə) ardıcıllarının iştirakı ilə keçirilib.

Keniya şiələrinin ruhani lideri Şeyx Abdulla Nasir 1932-ci ildə Keniyanın Mombasa şəhərində anadan olub və 90 yaşında vəfat edib.

Xatırladaq ki, o, böyük mütəfəkkir idi. O, bir çox dini kitabların müəllifi idi. Şərqi və Mərkəzi Afrikada bir çox insanlar onun yazdığı kitabları oxuyaraq Əhli-beyti seviblər.

Mombasanın ən mühüm sünni vaizlərindən və alimlərindən biri olan Abdulla Nasir, 1975-ci ildə şiəliyi qəbul edib.

4028204

captcha