IQNA

21:55 - January 21, 2022
Xəbər sayı: 3491602
İraqın Diyala əyalətində terrorçu İŞİD terror qruplaşmasının hücumu nəticəsində 11 hərbçi ölüb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) report-a istinadən xəbər verir ki, istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanları məlumat verib.

“Yanvarın 21-də səhər saatlarında terrorçu İŞİD qruplaşmasının 10-dan çox silahlısı Diyala əyalətinin şimalındakı Ət-Talia və Umm əl-Karam kəndləri arasında yerləşən ordu qərargahına hücum ediblər. Hücum nəticəsində tabor komandiri baş leytenant olmaqla 11 hərbçisi ölüb”,- məlumatda qeyd olunub.

Diyala əyaləti ölkə paytaxtı Bağdadın şimal-şərqində yerləşir.

Məlumata görə, silahlılar bu il 250-dən artıq hücum həyata keçirib, 387 nəfər bu hücumun qurbanı olub, 500-dən çox insan yaralanıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: