IQNA

9:49 - January 25, 2022
Xəbər sayı: 3491625
İraqın Süleymaniyyə vilayətində, İranla sərhəddə yaxın bir kənddə 700 illik Quran bir kənd sakini tərəfindən saxlanılır. Kənd camaatı xeyir-dua və çətinliklərini həll etmək kimi müxtəlif işlərə görə onun yanına gəlirlər.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, İranla sərhəddə yerləşən İraq Kürdüstanı bölgəsindəki Süleymaniyyə vilayətinin kəndlərindən birində çox qədimi bir Quran var. Onun 700 ildən çox yaşı olduğu və bir din xadimi tərəfindən yazıldığı deyilir.

Bu Quran haqqında çoxlu hekayələr var. Bir çox yerli sakinlər adı çəkilən Qurani-Kərimi gətirməklə günah və ya pis əməllərindən tövbə edirlər. Yaxud da and içmək üçün ondan istifadə olunurdu.

Bu Quran uzunluğu təqribən 37 sm, eni 26 sm olan nadir tapılan kağız üzərində yazılmışdır. Onun cildi istiliyə və nəmə davamlı olması üçün yağ və digər qoruyucu maddələrlə örtülmüşdür.

4030667

Teqlər: İraq ، Quran ، qədimi ، günah ، tövbə
Ad:
E-poçt:
* Comment:
* captcha: