IQNA

Qəzzanın məharətli qadınlarının əl işləri

15:48 - January 25, 2022
Xəbər sayı: 3491626
Qəzza zolağında yaşayan bir çox fələstinli qadın bir emalatxanada Fələstin irsinə aid dizaynlarla işlənmiş Quranların üz qabığını hazırlayır və onları Məscidül-Əqsa Müshəfı ilə birlikdə dünyaya ixrac edir.

"İQNA", "Fələstin Əl-yəvm"-ə istinadən xəbər verir ki, Qəzza zolağında emalatxanada bir çox fələstinli qadın Fələstin xalqının irsinə aid dizaynlarla naxışlı Quran cildləri üçün sifarişlər hazırlayır. Bu əl işləri daha sonra Qətərə və digər ölkələrə ixrac edilir.

Bu, Qəzza zolağının üzləşdiyi çətin iqtisadi şəraitdə onların dolanışıq mənbəyidir.

Qeyd edək ki, onların məhsulları bütün dünyaya yayılıb. ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Türkiyə, Malayziya, İndoneziya və bir çox başqa ölkələrdən müraciətlər daxil olub.

4030572

Teqlər: qəzza ، məharət ، qadın ، quran ، irs
captcha