"İQNA", İraqdan xəbər verir ki, bu yarışlar Kufə məscidinə bağlı "Ümmü Əbiha" Quran Mərkəzi və Əhvazdakı Hüseyni Astanının nəzdində olan Beynəlxalq Quran Təbliğatı Mərkəzi ilə birgə təşkil olunur.
"Ümmü Əbiha" Quran Mərkəzinin rəhbəri Seyyid Adil əl-Yasiri bununla bağlı deyib: "Bu yarışmalar Həzrət Zəhranın (s) mövludu münasibəti ilə və Telegram proqram vasitəsilə elektron şəkildə keçirilir. Bu yarışlarda Quranı kamil əzbərləmiş 63 qadın rəqabət aparırlar."
4031866