IQNA

Bir xristian, Ustad Şueyşəin Quran üzrə istedadını kəşf edib

10:32 - February 07, 2022
Xəbər sayı: 3491695
Qahirə Beynəlxalq Kitab Sərgisi tərəfindən Misirin iki görkəmli qarisi Ustad Şueyşə və əl-Behtimi üçün təşkil edilən seminarda Ustad Şueyşəin Quran üzrə istedadının bir xristian tərəfindən kəşf edildiyi bildirilib.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Cümə günü 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisində mədəniyyət və din xadimlərinin iştirakı ilə "misirli Qari, Əbu əl-Eyn Şueyşə və Kamil Yusif əl-Bətiminin şəxsiyyətləri" adlı seminar keçirilib.

Misirli musiqi sənətçisi Həssam Saqər deyib ki, Şueyşə, qiraətdə qəm-qüssənin qarşısını almaq üçün Nəhavənd muğamını  Səba muğamına daxil edən ilk qari olmuşdur.

Qarilər Birliyinin baş katibi Əmruş-Şərif, deyib ki, ustad Şueyşə, Məscidül-Əqsa və məscidin-Nəbidə də Quran oxuyub.

Minbərul-İslam jurnalının redaktoru Həsən Xəlil deyib ki, Kamil Yusif Əl-Bihtəmi və Əbul-Eyn Şueyşə hər ikisi qoxusu kainatı bürümüş çiçəklər kimidir.

Həsən Xəlil də ustad Şueyşəi musiqi səslərinin öncüllərindən biri adlandırıb və onun səsinin dünyada öyrədilməli olduğunu bildirib. O, həmişə deyirdi ki, mən bir qariyəm ki, bir xristian məni kəşf edib.

4033988

Teqlər: xristian ، quran ، qari ، qiraət ، istedad
captcha