IQNA

BƏƏ-də qızlar arasında Quran yarışlarının final seçim mərhələsinə start verilib

17:23 - February 23, 2022
Xəbər sayı: 3491790
Doqquzuncu "Hessa Bint Muhəmmad Ali-Nəhyan" Qurani-Kərim müsabiqəsinin final seçim mərhələsi bu gün, fevralın 21-də başlayıb və martın 10-dək davam edəcək.

"İQNA", BƏƏ Rəsmi Xəbər Agentliyinə istinadən xəbər verir ki, Sultan İbn Xəlifə Ali-Nəhyan İnstitutunun İslam İşləri və Vəqflər Baş İdarəsi və BƏƏ Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi bu Quran müsabiqəsinin 9-cu buraxılışının ilkin seçimində 130 qız Qurani-Kərim tələbəsi seçilib.

Seçilənlər arasında 63 məktəbli qız və BƏƏ-nin Qurani-Kərimin əzbərləmə mərkəzlərindən 67 Quran tələbəsi var. Onlar 314 məktəbli tələbə və Quran hifzi mərkəzlərinin 165 Quran tələbəsi arasından seçilib.

Yarışda iştirak edən qızlardan 36-sı fiziki problemlidir. Bu yarışmada cəzaçəkmə müəssisələrindən də 24 nəfər iştirak edib.

4037872

Teqlər: qızlar ، quran ، yarış ، final ، seçim
captcha