IQNA

Namaz zamanı təkbir söyləmək vacibdirmi?

21:07 - February 25, 2022
Xəbər sayı: 3491806
Təkbir, yəni Allahı ucaltmaq adətən “Allahu əkbər” (Allah ən böyükdür) cümləsini söyləmək mənasında işlədilir.

Təkbir, yəni Allahı ucaltmaq adətən “Allahu əkbər” (Allah ən böyükdür) cümləsini söyləmək mənasında işlədilir.

Təkbir İslamın şüarıdır, bu cümləni söyləmək savabdır. Müsəlmanlar döyüşdə hücum zamanı, eləcə də, gözlədikləri müsbət bir hadisə baş verəndə, qəzəblənəndə və ya təəccüblənəndə “Allahu əkbər” deyirlər. Namaz əməllərinin arasında, yəni hər namaz əməlinin başlanğıcında və sonunda təkbir söyləmək də savabdır. Bu zaman müstəhəbdir ki, əllər qulaq səviyyətinə qaldırılsın, baş barmaq yana açılıb, o biri barmaqlar cütləşdirilsin. Namazda təkbiri nisbətən uca səslə söyləmək müstəhəbdir (kişilər üçün). Namaz əməllərinin arasında təkbir söyləməyən şəxsin namazı tamamilə düzgündür və heç bir problemi yoxdur. Yalnız namazın əvvəlində, niyyətdən sonra bir dəfə təkbir söyləmək vacibdir, əgər söylənilməsə namaz batil olar. Buna “təkbirət əl-ehram” deyirlər, namaz qılan zaman edilməsi haram olan əməllərin hökmü bu təkbiri deyəndən sonra qüvvəyə minir.

Mənbə: ıslam.az

captcha