IQNA

38-ci Beynəlxalq Quran Yarışmasının açılışı olub

8:50 - March 02, 2022
Xəbər sayı: 3491839
29 ölkədən 62 nəfərin yarışacağı 38-ci Beynəlxalq Qurani-Kərim yarışının açılış mərasimi keçirilir.

"İQNA", xəbər verir ki, 38-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsinin açılış mərasimi, fevral ayının 28-i, Rəsuli-Əkrəmin (s) Məbəs gecəsində İncəsənət Mərkəzinin Əndişə zalında başlayıb. Açılış mərasimində beynəlxalq Quran Qarisi Həmid Rza Əhmədi Vəfa Quran tilavət edib. Bu açılış mərasimində Quran və Quran icması ilə maraqlananlar və Əfsəri Universitetinin tələbələri iştirak ediblər. Açılış mərasimi Quran və Maarif TV və milli Quran radiosundan canlı yayımlanıb.

38-ci Beynəlxalq Quran Yarışmasının açılışı olub

Bu mərasimin bir hissəsində Ali Rəhbərin nümayəndəsi, Vəqf və Xeyriyyə Təşkilatının rəhbəri Höccətülislam vəl-müslimin Seyyid Mehdi Xamuşi bu yarışlar haqqında hesabat təqdim edərək deyib: "38-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsi "Bir ümmətin bir kitabı" şüarı ilə təşkil olunub. Bu yarışlar İslam dünyasının ən qədim Quran yarışlarından hesablanır."

38-ci Beynəlxalq Quran Yarışmasının açılışı olub

O, bildirib ki, 38-ci Beynəlxalq Qurani-Kərim Yarışması kişilər bölməsində Qurani-Kərimin qiraəti, tərtili və hifzi sahələrində qadınlar bölməsində isə Qurani-Kərimin bütövlükdə əzbərlənməsi sahəsində yarışların əsas hissəsi keçiriləcək. Qurani-Kərimin qiraəti və hifzi sahələrində kişi və qadın bölmələrində İslam Dünyası Tələbələri üçün 7-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsi keçiriləcək. İslam Dünyasında Korlar üçün 5-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsi Qurani-Kərimin bütünlüklə əzbərlənməsi sahəsində kişi və qadın bölmələrində keçiriləcək.

4039578

captcha