"İQNA", "National Thailand"-a istinadən xəbər verir ki, Tailand hökumətinin sözçüsü Thanakorn Vangboonkongchana çərşənbə axşamı bildirib ki, baş nazir Prayut Çan-o-ça Səudiyyə Ərəbistanı kralına 50 min nüsxə Quran hədiyyəsinə görə təşəkkür edib.
Quranın nüsxələri fevralın 26-da Banqkokda Səudiyyə Ərəbistanı səfirliyi və İslam İşləri Nazirliyinin nümayəndələri tərəfindən keçirilən mərasimdə Tailand nümayəndələrinə təhvil verilib. Tailandın bir neçə əyalətindən olan akademiklər və İslam liderləri Tailand müsəlmanları adından Quranları qəbul ediblər.