IQNA

Quran Müsabiqəsinin bağlanış mərasimində Prezident iştirak edəcək

11:03 - March 05, 2022
Xəbər sayı: 3491860
İranın 38-ci Beynəlxalq Quran Müsabiqəsinin bağlanış mərasimi martın 5-də prezidentin iştirakı ilə keçiriləcək.

"İQNA", xəbər verir ki, İranın 38-ci Beynəlxalq Quran Müsabiqəsinin bağlanış mərasimi martın 5-i şənbə günü Tehran İncəsənət Mərkəzinin Əndişə zalında məsulların iştirakı ilə keçiriləcək.

Mərasimə 13-cü dövlət başçısı qatılacaq. Bu, bir neçə ildən sonra ilk dəfədir ki, dövlət başçısı Beynəlxalq Quran Müsabiqəsinin bağlanış mərasimində iştirak edəcək.

Həmçinin, bu mərasim İranın 38-ci Beynəlxalq Quran Müsabiqəsinin qaliblərini tanıtmaq və təqdir etmək məqsədilə saat 19:00-dan 21:00-a qədər keçiriləcək.

4040237

captcha