IQNA

BƏƏ-də qızlar arasında keçirilən Quran yarışları sona çatıb

11:25 - March 05, 2022
Xəbər sayı: 3491861
Dubay Beynəlxalq Qurani-Kərim Mükafat İnstitutu yeniyetmə qızlar arasında keçirilən 22-ci Milli Qurani-Kərim yarışmasının bağlanış mərasimini keçirib.

BƏƏ-də qızlar arasında keçirilən Quran yarışları sona çatıb"İQNA", "Əl-İmarat Əl-yəvm"-ə istinadən xəbər verir ki, mərasimdə BƏƏ-də Qadın Hərəkatı Assosiasiyasının İnzibati Şurasının vitse-prezidenti Xulə Səid Əl-Nabudə müsabiqənin qalibləri və iştirakçıları qarşısında çıxış edib.

O, bu yarışların keçirilməsini İslam mədəniyyətinin sütunlarının möhkəmlənməsində, Qurani-Kərimi əzbərləməkdə və Uca Allahı razı salmaq üçün motivasiya yaratmaqda mühüm hesab edib. Həmçinin bu yarışların təşkilatçılarına təşəkkür edib.

Bu müsabiqənin qalibləri mükafatlandırılıb.

4040071

captcha