IQNA

20:23 - March 08, 2022
Xəbər sayı: 3491880
Amerika-İslam Münasibətləri Şurası Minnesota ştatının Sent-Paul şəhərində Əl-İhsan məscidində oğurluq etməsində şübhəli bilinən iki nəfərin həbsindən sonra ibadət yerlərində təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

"İQNA", "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, Minnesota rəsmiləri Sent-Pauldakı Əl-İhsan məscidinə silahlı oğurluq etməkdə şübhəli bilinən şəxsləri həbs ediblər.

32 yaşlı Ceremi Allen Qlass və 34 yaşlı Kristofer Edvard Hyuz məscidi qarət etməkdə və oğurluğa yardım etməkdə ittiham olunublar.

Amerika-İslam Münasibətləri Şurası (CAIR) ABŞ-da müsəlmanların ibadət yerlərini qorumaq üçün daha çox təhlükəsizlik tədbirləri görməyə çağırışını təkrarlayıb.

4041311

Ad:
E-poçt:
* Comment:
* captcha: