IQNA

Kərbəla sərgisində 63 nəfis Quran tabloları sərgilənib

10:46 - March 09, 2022
Xəbər sayı: 3491887
Kərbəlada keçirilən Beynəlxalq Quran Sərgisində dünya üzrə çap olunmuş 46 Qurandan əlavə hicri 1-14-cü əsrlərə aid 63 tablo sərgilənib. Sərgi çərçivəsində dünyanın müxtəlif ölkələrinin muzey və kitabxanalarında Quranın yazılma tarixi və əlyazma filmləri nümayiş etdirilib.

"İQNA", "Əl-Ərəbiyyul-Cədid"-ə istinadən xəbər verir ki, müxtəlif ölkələrdən müxtəlif xəttatlıqlarla toplanmış İslamın ilk əsrlərinə aid Qurani-Kərimin nadir nüsxələrinin sərgisi ilk dəfə Kərbəla vilayətində keçirilib.

Bu sərgidə müxtəlif İslam ölkələrindən əldə edilmiş ən qədim nüsxələrlə yanaşı, hər hicri qəməri əsrindən 5 əlyazma nümayiş etdirilib.

Bu sərgidə müxtəlif əsrlərə aid Quran tabloları da nümayiş etdirilib. Müxtəlif İslam ölkələrindən olan xəttatlar və İslam tarixi üzrə ekspertlər də iştirak ediblər.

Bu sərginin müşahidəçisi Məhəmməd Əl-Mənsuri Quranın nadir nüsxələri haqqında deyib: "Bu sərgidə hicri 1-ci əsrdən 14-cü əsrə qədər yazılmış 63 rəsm əsəri, eləcə də dünyanın hər yerindən çap edilmiş 46 Qurani-Kərim nümayiş etdirilib.

Əl-Mənsuri deyib ki, sərgidə nümayiş etdirilən Quranlar Suriya, İran, Misir, İndoneziya, İordaniya, Bəhreyn, Türkiyə, Malayziya, Bruney, Liviya, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı, Əlcəzair, Mərakeş, Almaniya, Fransa, Kazan və digər ölkələrdən gətirilib.

Kərbəla sərgisində 63 nəfis Quran tabloları sərgilənib

Kərbəla sərgisində 63 nəfis Quran tabloları sərgilənib

Kərbəla sərgisində 63 nəfis Quran tabloları sərgilənib

4041473

Teqlər: kərbəla ، sərgi ، nəfis ، quran ، tablo
captcha