IQNA

İraqda tələbələr üçün ən böyük Quran müsabiqəsi keçirilib

10:19 - March 10, 2022
Xəbər sayı: 3491891
Müqəddəs Abbasi Astanı ibtidai və orta məktəb şagirdləri üçün ilk milli Quran yarışı keçirib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Həzrət Abbasın (ə) hərəminin Qurani-Kərim Elmi Məclisinə bağlı Qurani-Kərim İnstitutu martın 6-sı bazar günündən ibtidai və orta məktəb şagirdləri üçün ilk milli Quran yarışı keçirib. İraqın 14 vilayətinin təhsil idarələrinin iştirakı ilə Astanda Şeyx Küleyni Məclis zalında keçirilib.

Qurani-Kərim İnstitutunun rəhbəri Şeyx Cavad Əl-Nəsravi bu yarışların ibtidai və orta məktəb şagirdləri üçün hifz və qiraət üzrə keçiriləcəyinə diqqət çəkərək deyib: "İbtidai məktəb üçün beş cüz və orta məktəb üçün 10 cüz nəzərdə tutulub."

4041344

captcha