"İQNA", "Anadolu Xəbər Agentliyi"-nə istinadən xəbər verir ki, bu təşəbbüsü Dubayın hökmdarı Şeyx Məhəmməd ibn Rəşid Əl Məktum həyata keçirir.
O, Twitter hesabında bütün dünyada yoxsullar və ehtiyacı olanlar üçün milyard dollarlıq yemək planının başladığını elan edib.
Şeyx Məhəmməd deyib ki, layihə müqəddəs Ramazan ayının əvvəlində (gələn aprel) başlayacaq və qarşıdakı illərdə məqsədə çatana qədər davam edəcək.
Dünyada təxminən 800 milyon insan aclıqdan əziyyət çəkir. Bu xeyriyyə skanının məqsədi dünyaya humanitar mesaj çatdırmaqdır.