"İQNA", xəbər verir ki, O, Qırğızıstanın incisi olan İssık-Kul gölünü keçərək, bu rekordu öz adına yazdırıb.
Vladislav Şulikonun üzdüyü məsafə üç min altı yüz (3600) Olimpiya hovuzuna bərabərdir.
İranın Qırğızıstandakı Mədəniyyət Şurasının məlumatına görə, 21 yaşlı Şuliko 2021-ci il avqustun 22-də saat 19:30-da marafona başlayıb və 6 gün ərzində Karakoldan Balıkçıya 180 km məsafə qət edib.
İssık-Kul, Qırğızıstanda Tyanşan dağlarının şimalında bir göldür. Bu göl Türküstan və Qırğızıstan bölgəsindəki ən əhəmiyyətli dağ gölü və dünyanın ən böyük dağ və şirin göllərindən biridir.