IQNA

Məscidül-Həram və Məscidün-Nəbidə (s) etikaf bərpa olunacaq

16:59 - March 23, 2022
Xəbər sayı: 3491962
Səudiyyə rəsmiləri bu il Ramazan ayının son ongünlüyündə iki müqəddəs ziyarətgahda icazə və xüsusi sağlamlıq şərtləri ilə etikaf saxlaya biləcəklərini bildiriblər.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Xəbər Agentliyinin xəbərinə görə, Müqəddəs Məscidlər İşləri Baş İdarəsi xüsusi mexanizmlər və meyarlar əsasında Məscidül-Həram və Məscidün-Nəbidə (s) etikaf mərasimlərinin bərpa olunacağını elan edib.

Əbdül Rəhman Əl-Sədis açıqlamasında əlavə edib ki, iki müqəddəs hərəmdə Peyğəmbəri-Əkrəmin (s) sünnəsinə uyğun olaraq, mübarək Ramazan ayının son on günündə etikaf keçiriləcək.

O, bu il Ramazan ayının son ongünlüyündə iki müqəddəs ziyarətgahda icazə və xüsusi sağlamlıq şərtləri ilə etikaf saxlanacağını bildirib.

4044673

 

captcha