IQNA

Quran məadı xatırlatmaq üçün bahar fəslinə işarə edir

14:03 - March 24, 2022
Xəbər sayı: 3491963
Qurani-kərim bir neçə ayədə payız-qış fəslinin ölümündən sonra yerin dirilməsinə işarə edir. Bununla da insanlara onların tərbiyəvi məqsədlərini xatırlatmaq, yəni insanların ölümdən sonra məada və dirilməyə diqqət yetirməsini istəyir.

"İQNA", xəbər verir ki, bahar mart ayında başlayır. Bir çox mədəniyyət və dinlərdə bahara uyğun ənənələr formalaşmış və nəzərə alınmışdır. Novruz bayramına dərindən nəzər saldıqda təbiətin yenilənməsi və insanın dirilməsi ön plana çıxır. Təbiətin dirilməsi Quranın bir çox ayələrində də öz əksini tapmışdır ki, bu qeyddə onlara işarə olunur:

"Bahar ilahi, əxlaqi, bəşəri və tövhid xüsusiyyətləri ilə yanaşı gözəlliklərlə, təbiətin yenidən doğuşu və ruhun yerə üfürülməsi ilə doludur. Bahar o qədər əzəmətlidir ki, təbiətə getmək, təbiətdəki ilahi təzahürləri görməklə narahatlıqları, mənəvi çatışmazlıqları aradan qaldırmaq tövsiyə olunur.

Bahar öz gözəlliklərinə və təbiətdəki dərin dəyişikliklərə görə Quranın bir çox ayələrində diqqət mərkəzində olmuşdur. Onlardan tərbiyəvi hədəflər nəzərdə tutlmuşdur. Rəvayətlərdə tərbiyəvi rolu olan hər bir məfhumu çatdırmaq üçün bahar kəlməsindən istifadə olunmuşdur. İmam Əli (ə) Quran haqqında buyurur: "Qurani-Kərim qəlblərin baharı və yazın təbiətə gətirdiyi dəyişiklikdir." Quran bizim nəfsimizdə və varlığımızda bu dəyişikliyi yaratmağa qadirdir.

"Qış möminin baharıdır" deyirlər. Çünki qış gecələri, uzun olduğuna görə oyaq qalıb ibadət etmək və Quranla üns qurmaq üçün yaxşı fürsətdir. Həmçinin onun gündüzləri, qısa olduğuna görə oruc tutmaq üçün yaxşı fürsətdir. Ramazan ayına da Quranın baharı deyirlər. Çünki Qurani-Kərim bu ayda digər aylardan daha çox xalqın diqqət mərkəzində olur və oxunur. Həmçinin Quran Ramazan ayında nazil olmuşdur.

Quran insanı zülmətdən nura hidayət edir. Həmçinin onun son məqsədi insanda dəyişiklik yaratmaqdır. Quranda təbiətin baharına işarə edilmişdir: "Bilin ki, həqiqətən Allah yeri ölümündən sonra dirildir. Həqiqətən Biz bəlkə düşündünüz deyə, nişanələri sizin üçün aydınlaşdırdıq" (Hədid, ayə 17). Yəni təbiətin baharına işarə etdiyi zaman bu təbii dəyişikliyi sadəcə yazın gözəlliyini dərk etmək deyil, düşünmə əlaməti hesab edir. Həmçinin "Fatir" surəsinin 9-cu ayəsində də buyurmuşdur: "Buludu hərəkətə gətirən küləkləri göndərən Allahdır, Biz onu ölmüş bir torpağa tərəf sövq etdik və onunla o torpağı öldükdən sonra diriltdik. (Qiyamət günü) dirilmə də belədir."

Seyyid Əliəkbər Raməndi

3960746

Teqlər: bahar ، təbiət ، məad ، quran ، ölüm
captcha