IQNA

Berlin İslam Mərkəzində Quran tilavət edilib və iftar süfrəsi açılıb

9:16 - April 06, 2022
Xəbər sayı: 3492016
Berlindəki İmam Əli (ə) İslam Mərkəzi Ramazan ayı münasibətilə Quran tilavəti və iftar süfrəsi təşkil edib.

"İQNA", xəbər verir ki, Berlində İmam Əlinin (ə) İslam Mərkəzinin Ramazan proqramları aprelin 3-ü bazar günü başlayıb və Ramazan ayının sonuna qədər davam edəcək.

Bu proqramlara hər gün Qurandan bir cüz oxumaq, "İftitah" duasını oxumaq, şəriət hökmlərini bəyan etmək, moizə, günorta və axşam camaat namazları qılmaq, cümə gecələri "Kumeyl" duasını oxumaq, cümə namazı qılmaq və iftar süfrəsinin qurulması daxildir.

Proqramlar Berlin üfüqü ilə Məğrib Azanından iki saat əvvəl başlayır. İmam Həsən Müctəbanın (ə) mövlud gecəsi və Qədr gecələrinin xüsusi proqramı daha sonra açıqlanacaq.

4046839

captcha