IQNA

İraqın Süleymaniyyə şəhərində Quranla üns mərasimi keçirilir

8:56 - April 11, 2022
Xəbər sayı: 3492042
İran İslam Cümhuriyyətinin Süleymaniyyədəki mədəniyyət müşavirliyi bu şəhərdə Ramazan ayı münasibəti ilə Quran tilavəti mərasimi keçirir.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Bu mərasim Ramazan ayı münasibəti ilə başlayıb və bu ayın sonuna qədər davam edəcək.

Mərasimdə bir qrup Qurani-Kərim qariləri, mədəniyyət xadimləri, İran İslam Cümhuriyyətinin Süleymaniyyədəki mədəniyyət işçiləri və İraqda yaşayan iranlılar iştirak edirlər. Höccətül-islam vəl-müslimin Abdullahzadə bu mərasimdə İslam hökmləri, təcvid və Quran tilavəti ilə bağlı bəzi məqamları açıqlayıb.

Sual-cavab məclisləri, zöhr və əsr camaat namazları, dualar və mərsiyələr oxumaq bu mərasimin digər proqramlarındandır.

4048218

captcha