IQNA

17:05 - April 14, 2022
Xəbər sayı: 3492064

Malayziya xeyriyyə məqsədli rəqəmsal ödənişi alqışlayır

Sinqapurun məşhur startapı "Grab"ın Malayziyada rəqəmsal sədəqə və xeyriyyə ödəməsi ölkə müsəlmanları tərəfindən müsbət qarşılanıb.

Malayziya xeyriyyə məqsədli rəqəmsal ödənişi alqışlayır

"İQNA", "The Star"-a istinadən xəbər verir ki, Sinqapurun rəqəmsal ödəniş şirkəti Grab malayziyalıları startapın proqramından istifadə edərək xeyriyyə ianələrini artırmağa təşviq edir.

Hazırda "Grab", "Grab Unlimited" adlı xidmət təklif edir ki, bu xidmətə əsasən xeyriyyəçilər Ramazan ayı ərzində ölkə restoranlarında 50%-ə qədər endirim əldə edə bilərlər.

Grab 2012-ci ildə Sinqapurda yaradılıb və diqqəti rəqəmsal nəqliyyat və ödəniş xidmətlərinə yönəldir.

4049163

captcha