IQNA

Əl-Əzhərin Şeyxi: "Quran əxlaqı qanun olmalıdır"

8:52 - April 18, 2022
Xəbər sayı: 3492084
Əl-Əzhərin Şeyxi televiziya ilə verdiyi açıqlamada insanları Qurani-Kərimdə vurğulanan nəcib əxlaqa riayət etməyə məcbur etmək üçün qanunvericiliyə ehtiyac olduğunu bildirib.

"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib, Misirin Əl-Həyat şəbəkəsində yayımlanan "Əl-İmam Əl-Tayyib" proqramındakı çıxışında deyib: "Qurani-Kərim ilahi əmr və qadağalar var. Amma insanlara Quranda qeyd olunan ülvi əxlaqa məcbur edən bir qanuna ehtiyacımız var ki, insanlar başqaları ilə ünsiyyətdən kənara çıxsalar, onları tərbiyə etsinlər."

O, bildirib ki, insan özü haqqında yalan eşidər və övladlarına, ailəsinə və həyat yoldaşına qarşı özünü müdafiə edə bilməz. Bu fenomen üçün çəkindirici qanun qəbul edilməlidir. Halbuki Uca Allah örtməyi və gizlətməyi əmr edir. Ona görə də müsəlman bir pislik görsə, onu örtməlidir.

Əl-Əzhərin Şeyxi demişdir ki, hər kim qardaşının pis işini axtararsa, Allah onu mütləq rüsvay edər. Belə bir iş görən tövbə etməli və ona zülm edəndən bağışlanma tələb etməlidir.

4050099

captcha