IQNA

Quran sərgisinin "Ayələr bağı" bölməsində Quran hekayələri nümayiş olunur

15:21 - April 23, 2022
Xəbər sayı: 3492114
Quran Sərgisinin "Ayələr bağı" adlı bölməsində uşaqlara dini və Qurani-Kərimin məfhumlarını öyrətmək üçün ibrətamiz və füsunkar hekayələr danışılır.

"İQNA", xəbər verir ki, uşaqlara şad ab-hava bəxş edə bilən 29-cu Beynəlxalq Quran Sərgisinin ən çox ziyarət edilən bölmələrindən biri də "Ayələr bağı" bölməsidir.

Bu "Ayələr bağı"-da uşaqlara dini və Qurani-Kərimin məfhumlarını öyrətmək üçün ibrətamiz və füsunkar hekayələr danışılır. Bu bölmədə işıqların dizaynı ilə uşaqlar üçün yaxşı harmoniya yaradılır və hekayələr dramatik şəkildə uşaqlara təqdim olunur.

Beynəlxalq Quran Sərgisindəki "Ayələr bağı" 4 yaşdan yuxarı uşaqlar üçün hər gün pulsuz fəaliyyət göstərir. Bu müddət ərzində valideynlər kassada pulsuz bilet əldə edə və 45 dəqiqə ərzində stenddəki göstərilən səhnələrdən həzz ala bilərlər.

4051270

captcha