IQNA

Rəqəmsal məhsulların Quran Sərgisində təqdimatı olub

16:21 - April 25, 2022
Xəbər sayı: 3492129
Quran texnologiyaları və məhsullarının təqdimatında qabaqcıl olan Quran Mədəniyyəti və Maarifi İnstitutu Qurani-Kərimin Beynəlxalq Sərgisində müxtəlif məhsulları təqdim edib. Bunlara Quran elmləri sahəsində hərtərəfli portallar, ikidilli Quran tətbiqləri, Quran mədəniyyəti və ensiklopediyaları, İslam elmlərində məlumatların nəşri və idarə olunması üçün hərtərəfli sistemlər daxildir.

"İQNA", xəbər verir ki, İslam Mədəniyyəti və Təhsili Elmi-Tədqiqat İnstitutunun 29-cu Beynəlxalq Qurani-Kərim sərgisində müxtəlif Quran məhsullarının təqdimatı Quran elmləri sahəsində görülən səylərin bir hissəsini və onun kiberməkanda və sosial şəbəkələrdə təbliğini göstərir.

Quran məfhumlarının və mövzularının ən böyük məlumat bazası olan Quran elmləri və biliklərinin əhatəli portalı ən mühüm məhsullardan biridir. Bu portal Quran elmləri tədqiqatçılarına elmi xidmət göstərmək məqsədi ilə yaradılmışdır. Həmçinin İslam Mədəniyyəti və Təhsili Elmi-Tədqiqat İnstitutunun hazırladığı zəngin məzmunu və digər tələb olunan resursları maraqlananlara təqdim etməyə çalışır.

"Qurane Sirac" mobil proqram olaraq Quranın mətni ilə yanaşı fars və 11 başqa xarici dilə bir neçə tərcüməsi, Quranın təfsiri və səsi və Quranın xətmi bölməsi pulsuz təqdim olunur. Bu tədqiqat institutunun digər məhsullarına Quran mədəniyyəti və Quran ensiklopediyası kimi mühüm tətbiqlərin təqdim edilməsi daxildir ki, bu da başlıq və məzmun axtarışını, əlifba sisteminə əsaslanan girişləri təşkil etməyi və mətni paylaşmağı mümkün etmişdir.

Maraqlananlar www.quran.isca.ac.ir internet saytına daxil olaraq Quran Mədəniyyəti və Maarifi Elmi-Tədqiqat İnstitutunun Quran məhsulları ilə daha yaxından tanış ola bilərlər.

4051867

captcha