IQNA

Müsəlmanların Quran qarşısında vəzifəsi

11:58 - May 01, 2022
Xəbər sayı: 3492156
Dini ustad və tədqiqatçı Nasser Rəfii Quran mövzusu və Quran ayələrinə və məfhumlarına diqqət yetirməyin vacibliyinə toxunub. Bu barədə Rəfii Ənkəbut surəsinə işarə edir: "Xeyr, bu Quran (ilahi) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi zalımlardan başqa (heç kəs) inkar etmi". (Ənkəbut, ayə 49)

Bu ayə Quranın anlayanlar üçün çox açıq olduğunu vurğulayır. Amma başa düşməyən insanlar Qurandan nəinki faydalanmır, hətta bu ayələri inkar edirlər.

Dinin və Quranın bizə çatması üçün çox zəhmətlər çəkiilmişdir. Tarix boyu Quranı əzbərlədikləri və oxuduqları üçün çoxlu insanlar işgəncələrə məruz qalıb, şəhid olub. Biz hələ də dini qorumaq üçün hər gün şəhid veririk. Ona görə də bizim Quran qarşısında vəzifələrimiz var.

Quran qarşısında birinci vəzifəmiz onu öyrənmək və düzgün oxumağa çalışmaqdır. Quran qarşısında ikinci vəzifəmiz Quranı oxumaqdır. Quran oxumağa diqqət etməliyik. Din rəhbərlərindən rəvayət edilmişdir ki, hər kim gündə 50 ayə Quran oxuyarsa, qafil olmaz.

Quran qarşısında üçüncü vəzifəmiz Quranı dinləməkdir. Allah Quranda buyurur: "Quran oxunduğu zaman susun və qulaq asın". (Əraf, ayə 204). Ona görə də Quran oxunan yerdə Quran ayələrini dinləmək hər bir müsəlmanın borcudur.

Dördüncü vəzifəmiz Qurana hörmət və ehtiram göstərməkdir. Qurana hörmətsizlik edib lazımi şəraitin olmaması və ya Quranı yanlış yerə qoymaq çox pisdir.

Beşinci vəzifəmiz Quran üzərində düşünməkdir. Əllamə Təbatəbai deyirdi ki, mən gündə 10 cüz Quran oxuyuram, amma hər gün bir ayə üzərində düşünürəm. Çünki təfəkkür Quranın mənasında diqqət etməkdir.

Quran qarşısında altıncı vəzifəmiz ona əməl etməkdir. Belə bir rəvayət var ki, çoxları Quran oxuyur, amma Quran onlara lənət oxuyur. Çünki onlar Quran ayələri ilə hərəkət etməmiş, hətta Quran ayələrinin əksinə hərəkət etmişlər.

Quran qarşısında yeddinci vəzifəmiz onu əzbərləməkdir. Bacardığımız qədər Quranı əzbərləməliyik. Əgər Quranla ünsiyyət qursanız, qorxmayacaqsınız.

4048783

captcha