IQNA

13:43 - May 11, 2022
Xəbər sayı: 3492213
Sinqapur hökuməti Kəşmir bölgəsində müsəlmanlara qarşı çəkilmiş Hindistan istehsalı filmin yayımını qadağan edib.

İQNA, "Tribun"-a istinadən xəbər verir ki, "Kəşmir hadisələri" filmi Hindistanın baş naziri Narendra Modi və onun sağçı hindu millətçi tərəfdarları tərəfindən yaxşı qarşılanıb. Amma tənqidçilər filmin İslam əleyhinə fikirlər üzərində qurulduğunu və heç bir bədii dəyəri olmadığını deyirlər.

"Kəşmir hadisələri" filmi Hindistan hökumətinə bağlı bir neçə siyasətçinin sərmayəsi ilə ölkədə son vaxtlar ən çox satılan filmlərdən birinə çevrilib. Bu film hindli ekstremistlərin müsəlmanlara qarşı daha çox nifrət yaratmaq cəhdi kimi qiymətləndirilir.

Sinqapur hökuməti Kəşmir bölgəsində müsəlmanlara qarşı çəkilmiş Hindistan istehsalı olan bu filmin yayımını qadağan edib.

4055960

Teqlər: Sinqapur ، İslam ، hind filmi ، Hindistan ، film
Ad:
E-poçt:
* Comment:
* captcha: