IQNA

14:57 - May 18, 2022
Xəbər sayı: 3492251
Hindistanın şimal əyalətində məhkəmə əyalətdəki tarixi məsciddə 20-dən çox insanın toplaşmasını qadağan edib.

İQNA, Euronews-a istinadən xəbər verir ki, hindistanlı vəkil bildirib ki, bazar ertəsi ölkədəki bir məhkəmə Hindistanın şimalındakı ən məşhur məscidlərdən birində böyük bir müsəlman icmasının namaz qılmasına qadağa qoyub. Çünki məhkəmənin məlumatına görə, istintaq qrupu məscidin yerində hindu tanrısı Şivanın və digər hindu simvollarının izlərini aşkar edib.

Hindli vəkil HS Jin əlavə etdi ki, Hinduizmin ən müqəddəs şəhəri olan və tarixi Jianvapi məscidinin yerləşdiyi Varanasi məhkəməsinin bir hakimi məsciddəki müsəlman toplantılarının 20 nəfərlə məhdudlaşdırılmasını əmr edib.

Cin dinini (cinlər Hindistan dinidir) təmsil edən beş qadın məscidin bir hissəsində Hindu ayininivicra etmək üçün icazə istədikdən sonra məhkəmə məsciddə araşdırma aparılmasına göstəriş verib. Qadınlar məscidin yerində vaxtilə hindu məbədinin olduğunu iddia ediblər.

Hindistanın müsəlman liderləri bu addımı BJP-nin gizli razılığı ilə ibadət və dini ifadə azadlığı hüquqlarını pozmaq cəhdi kimi qiymətləndirirlər.

4057716

Ad:
E-poçt:
* Comment:
* captcha: