IQNA

18:30 - May 25, 2022
Xəbər sayı: 3492293
İngiltərənin ən qədim Blekbern məscidlərindən birində yenidənqurma işlərinə başlanılıb. Burada namazlar və dini proqramların icrası ilə yanaşı, yüzlərlə gənc cütlüyün toy mərasimi keçirilib.

İQNA, "Lancashire Telegraph"-a istinadən xəbər verir ki, Rizvan adlı qədimi Blekbern məscidi Nyuton küçəsində yerləşir və 1970-ci illərə aiddir. Məscid tikildikdən sonra ibadət edənləri qəbul etməklə yanaşı, yüzlərlə toy və xüsusi tədbirlərə ev sahibliyi edib.

Şəxsi ianələr hesabına icra edilən layihənin məqsədi onu müasir məscidə və sosial məkana çevirməkdir.

Yeni məscid 450 ibadətçi üçün nəzərdə tutulub. Hazırda şəhərdə 150 ​​minə yaxın müsəlman yaşayır.

4059620

Ad:
E-poçt:
* Comment:
* captcha: