IQNA

9:31 - May 28, 2022
Xəbər sayı: 3492303
Ümumdünya Müsəlman Alimlər Birliyinin baş katibi ABŞ-ın Texas ştatında ibtidai məktəbdə 21 nəfərin həlak olması ilə nəticələnən dəhşətli atışmanı verdiyi bəyanatda Maidə surəsinin 32-ci ayəsinə istinad edərək pisləyib.

Ümumdünya Müsəlman Alimləri Birliyinin baş katibi Əli Mühyiddin Qaradaği bir nüsxəsi "İQNA"-ya açıqlanan bəyanatda bütün bəşəriyyəti təhdid edən nifrət, irqçilik və əxlaqi və imani tənəzzülün təhlükələri barədə xəbərdarlıq edib.

Beynəlxalq Müsəlman Alimlər Birliyi bu bəyanatında ABŞ-ın Texas ştatında bir ibtidai məktəbdə atışma və çoxlu sayda günahsız uşağın ölümü ilə nəticələnən iyrənc cinayəti pisləyib.

Əli Qaradaği, "Kim can qisası olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə, sanki bütün insanları öldürmüşdür" (Maidə, ayə 32) ayəsinə istinad edərək, zorakılıq və cinayət əməllərinin rədd edilməsində Dünya Müsəlman Alimləri Birliyinin qəti mövqeyini vurğulayıb.

O, bildirib ki, bu cür hərəkətlərin motivləri və səbəbləri, nə olursa olsun, səmavi dinlərin təlimləri ilə bəyənilmir və qadağandır.

Nəhayət, Dünya Müsəlman Alimləri Birliyi bütün dünyada hökumətləri və müvafiq vətəndaş cəmiyyəti təşkilatlarını dərhal müdaxilə etməyə çağırıb. Həmçinin inanc, əxlaq, xalqa məhəbbət dəyərlərinin gücləndirilməsi, nifrət və irqçiliyin qarşısının alınması, məhdudlaşdırıcı qanunların qəbulu ilə bu cinayətlərin törədilməsinin qarşısının alınması üçün zəruri tədbirlər görmələrini istəyib.

4059966

Teqlər: müsəlman ، ittifaq ، Texas ، Quran ، mesaj
Ad:
E-poçt:
* Comment:
* captcha: