IQNA

Ənvər Şəhhat Ənvərin atasından irs apardığı mənəvi səsi

9:24 - May 30, 2022
Xəbər sayı: 3492316
Ənvər Şəhhat Ənvər gənc misirli qarilərdən biridir və Misirin məşhur qarilərindən biri olan Ustad Şəhhat Məhəmməd Ənvərin böyük oğludur. O, 2 yaşından atası ilə birlikdə Quran məclislərində iştirak edib. Məhz bu məclislərdə onun fitri istedadı tədricən çiçəkləndi. O, 6 yaşında Quranı əzbərləməyə başlayıb və 12 yaşında Quranı tam əzbərləməyi bacarıb.

İQNA, xəbər verir ki, Misirdə üçüncü nəsil qiraətçilər arasında mərhum Şeyx Şəhhat Məhəmməd Ənvərin oğlu Ənvər Şəhhat Ənvər müasir dövrün ən məşhur qarilərindən biridir.

O, 1978-ci il mayın 29-da Misirin Dehliyə əyalətində anadan olub. Bu məşhur misirli qarinin mövlud günü münasibəti ilə onun Quran fəaliyyətlərinə, eləcə də atasının üslubundan təsirlənən və mərhum Ustad Şəhhat Məhəmməd Ənvərin şirin xatirələrini və bənzərsiz qiraətlərini qəlblərdə canlandıran bəzi gözəl qiraətlərinə nəzər salırıq.

 

kod

4060393

captcha