IQNA

Hənəfi məzhəbinin nəzərində İslamın siyasi sisteminin xüsusiyyətləri

20:50 - May 31, 2022
Xəbər sayı: 3492324
Übeydullah Badpa, "İslamın siyasi quruluşu Hənəfi sünnilərinin nəzərində" adlı toplantıda İslam nöqteyi-nəzərindən hökumətin qurulması ilə bağlı üç fikir bildirib və dinin əsas məqsədinin hökumət qurmaq olmadığını vurğulayıb.

Zahedanın Darul Ulum hədis ustadı Übeydullah Badpa, Qumdakı Təqribi Araşdırmalar Tədqiqat İnstitutunda İslam alimlərinin iştirakı ilə keçirilən "İslam siyasi sistemi Hənəfi sünnilərinin nəzərində" adlı elmi konfransda öz fikirlərini bildirib. Onun mətni belədir:

İslam Allahın sonuncu və ən mükəmməl dinidir. Bütün İslam məzhəbləri hesab edir ki, İslam dini həyatın bütün sahələrini əhatə edir ki, siyasət və siyasi sistemin formalaşması da şübhəsiz ki, onun bir hissəsidir. Peyğəmbərin (s) həyat tərzi, xəlifələrin, imamların (ə) və müctəhidlərin həyatı bunu sübut edən dəlillərdən biridir. Amma müctəhidlər siyasi quruluşun İslamdakı yeri haqqında üç fikir bildiriblər.

Birinci baxış dinlə siyasətin ayrılması baxışıdır. Bu baxışa görə, dinin fərdlərin siyasi və ictimai həyatı ilə heç bir əlaqəsi yoxdur ki, bu da dünyəvi baxışdır. Bu baxışın əsas səbəbi İslamın Xristianlıq və Yəhudilik ilə müqayisəsidir. Çünki xristianlıq və yəhudiliyin dini liderləri din adı altında öz ardıcıllarına zülm edirdilər. Ona görə də bəzi təhsil almış insanlar İslam dini haqqında eyni fikirdədirlər.

İkinci baxış birinci baxışın tam əksidir. Ona əsasən, siyasət dinin məqsədidir. Bu fikrə görə, Allahın dini bütün dövrlərdə hökumət qurmaq məqsədi ilə peyğəmbərlərə nazil edilmişdir. Əgər hökumət təşkil olunmasa, dinin dəyəri yoxdur.

Üçüncü baxış isə orta baxışdır ki, ona əsasən, siyasət dinin əsas məqsədi deyil, amma bəyənilmiş bir işdir. Yəni hökumətin qurulması din baxımından vacib və arzu olunandır, amma əsas məqsəd deyil. Bu fərqlər prinsipcə hakimiyyətin mütləq qurulmasında deyil. Çünki hamı hesab edir ki, hökumət olmalıdır və bu lazımdır.

Əksər sünni və hənəfi alimləri hesab edirlər ki, İslamda hökumət əsas məqsəd deyil. Bu qrup dinin qayəsi və məqsədinin ifadəsinə işarə edən bəzi ayə və hədislərə istinad edir. O cümlədən "Zariyat" surəsinin 56-cı ayəsində deyilir ki, cinləri və insanları yaratmaqda məqsəd Allaha ibadət etməkdir.

 İkinci dəlil budur ki, hökumətin qurulmasının dinin və peyğəmbərlərin vəhyinin əsas məqsədi olduğunu desək, görürük ki, peyğəmbərlərin çoxu hökumətin qurulmasına nail ola bilməyiblər. Peyğəmbərlərin tarixi araşdırılarsa, görülər ki, az sayda peyğəmbər belə bir məqsədə nail olmuşdur.

Üçüncü dəlil budur ki, hakimiyyəti əsas və zəruri hesab edən ikinci baxış ibadət məqamını görməməzlikdən gəlmiş olur.

Hakimin müctəhid olması şərti ixtlaflıdır. Hənəfilər və bəzi Maliki alimləri inanırlar ki, ictihad hakimin şərti deyil, üstünlük şərtidir.

Siyasi sistem legitimlik qazandıqdan sonra biz xalqın hakimiyyətdəki rolunu izah etməliyik. Qəti və dəqiq olan şeylərdən biri budur ki, hökmranlıq yalnız Allaha məxsusdur və hökmdar Allahın hakimiyyətdə hökmranlığının icraçısıdır. Bu vəsf xalqın hakimiyyətdəki mövqeyini aydınlaşdırır.

4060186

captcha