IQNA

Yarım milyon uşaq Əl-Əzhərin Quran proqramlarında iştirak edəcək

11:11 - June 01, 2022
Xəbər sayı: 3492328
Əl-Əzhərin Böyük Məscidi 500.000 nəfərin Əl-Əzhər Uşaq Müdafiə Mərkəzinin bütün Misirdəki filiallarına qoşulmaq üçün qeydiyyatdan keçdiklərini bildirib.

"İQNA", "Misravi"-yə istinadən xəbər verir ki, Əl-Əzhər Uşaq Quran Hifzi Mərkəzi bütün Misirdə 507 şöbəyə malikdir. İndiyədək mərkəzin proqramlarında iştirak etmək üçün 500 min insan müraciət edib.

Əl-Əzhər Böyük Məscidinin direktoru Hani Ovdə deyib: "Uşaq Quran Hifzi Mərkəzi Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyibin tövsiyələri əsasında fəaliyyətə başladığı vaxtdan bütün Misirdə mərkəzin proqramlarında iştirak etmək üçün müraciətlərin qəbulu üçün ixtisaslaşmış komitələr yaradılıb".

Qeyd edək ki, Əl-Əzhərin müavini Məhəmməd Əl-Dəvini 28 aprel 2022-ci il tarixində (keçən ay) Misirin müxtəlif əyalətlərindəki Əl-Əzhər Uşaq Quran Hifzi Mərkəzində qeydiyyatın başladığını elan etmiş və bu qeydiyyatın 15 gün davam edəcəyini bildirmişdi.

4060937

captcha