IQNA

Çikaqoda ilk Quran muzeyinin açılışı olub

11:07 - June 16, 2022
Xəbər sayı: 3492411
İllinoys ştatının Çikaqo şəhərində nəfis və nadir tarixi əlyazmalardan ibarət ilk Quran muzeyi açılıb.

"İQNA", "News India Times"-a istinadən xəbər verir ki, İllinoysda yerləşən Beynəlxalq Tibb və İslam Elmləri İnstitutu (NIIMS), Çikaqodan 39 km aralıda yerləşən Rollinq Meadouzda yerləşən NIIMS Muzeyi və Kitabxanasında nadir Quran və əlyazmalardan ibarət nadir Quran kolleksiyanın açılışını elan edib.

Bu muzeydəki bəzi əsərlərin 600 yaşı var. Asian Media USA-nın dünən yaydığı press-relizdə deyilir ki, onlardan bəziləri ABŞ-ın ən qədim tarixi Quranlarıdır.

Həmçinin qeyd olunub ki, bu kolleksiyada hamısı əllə, bəziləri isə bambuk, xurma və dəri üzərində yazılmış təxminən 100 Quran və əlyazma var.

4064192

captcha