IQNA

Birlik İslam dünyasının problemlərini həll edə bilər

10:12 - June 25, 2022
Xəbər sayı: 3492453
Dünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının Ali Şurasının üzvü deyib: "Biz dinimizi gücləndirmək istəsək, amma İslama aradan aparsaq, onda din qalmayacaq. Daha doğrusu şiələr və sünnilər islam var olduğu zaman var olurlar".

İslam Məzhəbləri Universitetinin sünni fiqh qrupunun rəhbəri və Dünya İslam MəzhəblərininYaxınlaşdırılması Assambleyasının Ali Şurasının üzvü Moləvi İshaq Mədəni "İQNA"-ya müsahibəsində İslam məzhəblərinin vəhdəti ilə bağlı bəzi açıqlamalar verib ki, diqqətinizə çatdırırıq.

Bu yaxınlarda İnqilabın Ali Məqamlı Rəhbəri şiə və sünni birliyindən danışıb. Bu, birinci dəfə deyil, o, dəfələrlə belə bir məsələni dilə gətirib və birlik məsələsinə böyük önəm verir. Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının yaradılması da bu ideyadan irəli gəlir. Birlik sahəsində Ali Məqamlı Rəhbərin sifarişlərini yerinə yetirmək üçün başqa işlər də görülüb. İmam Xomeyni (r.ə) də dəfələrlə vəhdət məsələsini vurğulamışdır. Məsələ burasındadır ki, vəhdət ilahi bir əmrdir və ona şüar və ya fəri məsələ kimi baxılmamalıdır. Bu fundamental bir məsələdir. Uca Allah Ali-İmran surəsinin 103-cü ayəsində buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!".

Ortaq məsələlər üzərində birləşmək olar

Başqa bir məsələ də budur ki, bəziləri çətin hesab etsə də, birlik mümkündür. Amma müsəlmanlar arasında iradə olarsa, birliyə nail olmaq düşündüyümüz qədər çətin deyil. Şiələr və sünnilər tərəfindən qəbul edilən böyüklər, aralarında fikir ayrılıqları olsa da, keçmişdə vəhdət sahibi olublar.

Çünki fikir ayrılığı həyatın zərurətlərindən biridir. Ən kiçik fərq olmadan yaşaya biləcəyimizə inanmaq doğru deyil. Çünki belə bir birliyə ancaq əli həyatdan üzülən ölülər sahib ola bilər. Amma fərqli düşüncələri olan insanların mütləq fərqləri olacaq. Amma bu fərqlərə baxmayaraq, ümumi məsələlərdə həmrəy ola bilərik.

Böyüklərimiz heç bir müharibədə, cihadda, müdafiədə susmurlar ki, qalanlar cihada getsin. Daha doğrusu, onların hamısı birlikdə İslamı və İslam ümmətinin mənafeyini müdafiə edirdilər. Bu böyük insanları qəbul edən bizlər də onlar kimi birliyə sahib olmalıyıq. Bu, İslam dünyasında asanlıqla həyata keçirilən bir şeydir. Çünki vəhdət İslam dünyası üçün yaranmış problemləri həll edə biləcək əsas məsələdir.

4065258

Teqlər: birlik ، vəhdət ، İslam ، məzhəb ، müsəlman
Ad:
E-poçt:
* Comment:
* :