IQNA

Bəyan cihadı medianın ciddi diqqətinə ehtiyac duyur

19:04 - June 27, 2022
Xəbər sayı: 3492467
Beynəlxalq Əl-Mustafa Universitetinin elmi heyətinin üzvü deyib: "İzahlı cihad düşmənin məkrli planlarına mane olur. Bunu etməklə siz düzgün hərəkətləri yayıb və suallara cavab verə bilərsiniz".

"İQNA", xəbər verir ki, Beynəlxalq Əl-Mustafa Universitetinin Quran və Hədis üzrə baş direktoru Höccətül-islam vəl-müslimin Məhəmməd Hüseyn Rəfii,  Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) tərəfindən 35 ölkədən olan tələbə və alimlər üçün İrandakı Afrikalı Tələbələr Birliyinin Qum şəhərindəki binasında keçirilən ilk əyani jurnalistika kursunun açılış mərasimində deyib: Biz Allah-Təalanın Ənkəbut surəsinin 14-cü ayəsində buyurduğu kimi əslində biz xalqımız arasındada fədakarlığa vasitəçiyik. Biz Əhli-beytin (ə) kəlamını və Qurani-Kərim sahəsində baş verənləri insanlara çatdırmalıyıq.

O, bildirib ki, "İQNA" və "Əl-Mustafa"nın qarşılıqlı əlaqəsinin tarixi qədim və uzundur. On səkkiz ildir ki, dünya üzrə tələbələrimiz "İQNA"-nın xəbərlərindən bəhrələnirlər. O cümlədən keçirilən bu kurs müxtəlif dövrlərdə müxtəlif üsullarla həyata keçirilib.

Təbliğ və təbyin (izah) Quranın ifadələridir

 Höccətül-islam vəl-müslimin Məhəmməd Hüseyn Rəfii,  təbliğ və təbyin (bəyan etmə) məsələsinə işarə edərək deyib: "Nəzərə alsaq ki, biz Quran və media ila məşğul olan qrupla birlikdəyik, biz təfsir və məzmun barədə də bəhs etməliyik. Çünki bundan sonra İslam aləmində və müsəlman ümmətində siz əzizləriin vasitəsilə Quran xəbərləri və hadisələri müxtəlif dillərdə hazırlanmalı və yayımlanmalıdır. Bilməliyik ki, bizim bir təbliğimiz, bir də (təbyinimiz) izahatımız var. Hər iki təbir, Quranda çox işlədilmişdir. Ali Məqamlı Rəhbər də bəyan cihadı məsələsini xüsusi bir missiya kimi təqdim edib ki, biz bilməliyik ki, bu ikisi arasında nə fərq var?

Təbliğ bütün peyğəmbərlərin əsas missiyasıdır ki, heç bir müdafiə tərəfi yoxdur. Yəni, Uca Allah tərəfindən peyğəmbərlərə nazil olan peyğəmbərlər və onların naibləri tərəfindən insanlara çatdırılmalıdır. Peyğəmbərlərin naibləri biz və sizlərsiniz. Bu təbliğdir.

Amma təbyin nədir? Bu gün fars ədəbiyyatında geniş yayılmış və zahirən Ali Məqamlı Rəhbərin də nəzərdə tutduğu bu ifadənin müdafiə yönü var. Yəni din mühitində bir hadisə və ya bir şübhə yaranır. Bu şübhəyə aydınlıq gətirmək sizin və mənim vəzifəmizdir. Yəni təbliğatda hədəf auditoriyamız müsəlman və ya qeyri-müsəlman ola bilər. Amma təbyində (izahatda) bizim auditoriyamız ya müsəlman olan, ya da təhlükəli şübhələrə məruz qalan şəxslərdir ki, bəzi dini təlimlərdə onların həqiqətdən ayrılması ehtimalı var.

Həzrət Musa (ə), təbliğat və izahat

O, Həzrət Musanın (ə) hekayəsinə işarə edərək əlavə edib ki, Qurani-Kərimdə Həzrət Musanın (ə) hekayələrində baş verənlər iki hissədən ibarətdir: Birinci hissə, Həzrət Musanın (ə) Fironlar dövründə etdiyi təbliğatdır. Firon boğulur və İsrail xalqı Nil çayını keçərək xilas olur. Bu, təbliğat yanaşması idi. Lakin İsrail oğullarının özləri də xilas olduqdan sonra fikirlərində azğınlığa düşüb Firon düşüncəsini davam etdirirlər. O həddə ki, peyğəmbərlərini qətldə ittiham edir və ya həzrət Musadan (ə) büt düzəltməsini istəyirlər. Yəni şübhələri onların inanclarına o qədər təsir edir ki, Fironlar kimi olurlar. Lakin fironun qüdrəti var idi, amma onların yox idi. Yəni eyni yolda olanlar da risk altında ola bilər. Burada Həzrət Musa (ə) öz qövmü arasında izahedici bir baxışdan istifadə edir. Daim dini inancları təbliğ edir və onların dini şübhələrinə cavab verir ki, onlar azğınlığz düşməsinlər.

Bu gün elə bir mühitdəyik ki, biz Allahın dinini təbliğ və izah etməliyik. Bu gün düşmənlər çoxlu şübhələr yayırlar.

Bəyan cihadı, düşmənlərin hiylələrinin qarşısını almaq üçündür

O, əlavə edib ki, bəyan cihadı düşmənin fitnəsini əngəlləyir. Bu cihadla insan düzgün hərəkətləri yaya və suallara cavab verə bilər.

Çıxışının sonunda Beynəlxalq Əl-Mustafa Universitetinin Quran və Hədis üzrə baş direktoru bu beynəlxalq tədbirin reallaşmasına və media bəyan cihadına görə Beynəlxalq Qurani-Kərim Xəbər Agentliyinin (İQNA) baş direktoru Məhəmməd Hüseyn Həsəniyə təşəkkür edib.

4066668

Ad:
E-poçt:
* Comment:
captcha