IQNA

Əl-Şəəb məscidi Sənanın mərkəzində İslam memarlığının parlaq cövhəridir

9:48 - July 12, 2022
Xəbər sayı: 3492540
Yəmənin paytaxtında yerləşən Əl-Şəəb məscidi Yaxın Şərqin ən gözəl və ən böyük məscidlərindən biridir. O, Ərəb və İslam memarlığının gözəlliklərini özündə əks etdirən unikal memarlığın şah əsəridir.

"İQNA", xəbər verir ki, Yəmənin ən böyük məscidi olan Əl-Şəəb məscidi bu ölkənin keçmiş prezidenti Əli Abdullah Salehin göstərişi ilə tikilib və 2008-ci ildə istifadəyə verilib.

Yəmənin paytaxtı Sənanın cənubundakı Əs-Səbeyn meydanında yerləşir. Bu məscid Ərəb və İslam memarlığının gözəlliklərinin xülasəsini özündə əks etdirən unikal memarlığın şah əsəridir.

Əl-Şəəb məscidinin 225.000 kvadratmetr sahəsi var. Təxminən 45.000 nəfər orada ibadət edə bilər. Onun Quran elmləri və İslamşünaslıq fakültəsi, 25 sinif otağı, kitabxana, iclas zalı, muzey və qadınlar üçün ibadət yeri var. Qadınların ibadət yeri 4000 nəfərlikdir.

100 metr hündürlükdə 6 minarəsi olan bu məscid Yaxın Şərq məscidləri arasında ən hündür minarələrdən birinə malikdir. Həmçinin bu məscidin 5 günbəzi var ki, onlardan ən böyüyü təxminən 40 metr hündürlükdədir.

4069943

captcha