IQNA

Allahla əhd bağlamağın nə faydası var?

16:16 - July 13, 2022
Xəbər sayı: 3492547
İnsanlara və Allaha münasibətdə ortaya çıxan məsələlərdən biri də, ilahi əmrlərin əqidə və iradəyə əsaslanmayan məcburiyyət və ya xüsusi şəraitdə həyata keçirilməsidir. Ona görə də sual yaranır ki, məcburi olan belə bir münasibət Allah tərəfindən qəbul edilə bilərmi?

"İQNA", xəbər verir ki, Höccətül-islam vəl-müslimin Əbdül-Əmir Sultani Allahla əhd bağlamağın faydası barədə danışıb:

Həzrət Musa (ə) qövmünü doğru yola yönəltmək və ilahi əzabdan xilas etmək üçün çox səy göstərmişdir. Amma Musanın (ə) qövmü ilahi peyğəmbərə tabe olmaqda və dini vəzifələrini yerinə yetirməkdə ciddi deyildilər. Hətta bəzən Peyğəmbərin tələbinə belə əməl etmədilər. Musa (ə) Tövratın göstərişlərinə əməl etmək üçün qövmündən əhd-peyman almaq istədikdə, onlar cavab vermədilər və peyğəmbərləri ilə razılaşmadılar. Quran bu məsələyə toxunub və buyurur: "(Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üstünə qaldırdığımızı xatırlayın! (Biz:) Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, pis əməllərdən çəkinəsiniz -(deyə əmr etmişdik)" (Bəqərə, 63).

İslamın böyük təfsirçisi mərhum Təbərsi (1073-1153) bu ayə ilə bağlı belə deyir: "Həzrət Musa (ə) Tur dağından qayıdanda Tövratı özü ilə gətirdi. O, öz xalqına dini göstərişləri, halal və haramları ehtiva edən bir ilahi kitab gətirdiyini elan etdi. Allahın sizin iş planınıza qoyduğu əmrləri qəbul edin və onun qaydalarına əməl edin.

Amma vəzifənin onlara problem yaratdığını bəhanə edərək itaətsizlik etməyə başladılar. Allah mələklərə də onların başlarının üzərində Tur dağının böyük bir hissəsini qərar verməyi tapşırdı. Bu zaman Musa (ə) elan etdi ki, əgər əhd-peyman bağlasanız, Allahın əmrlərinə əməl etsəniz və itaətsizlikdən tövbə etsəniz, bu əzab sizdən uzaqlaşacaq. Əks halda hamınız həlak olacaqsınız.

Onlar təslim olub Tövratı qəbul edib Allaha səcdə etdilər, halbuki hər an dağın başlarına düşəcəyini gözləyirdilər. Lakin tövbə etdikləri üçün ilahi əzab onlardan götürüldü.

Bəziləri bu sualı verirlər ki, məcburi əhd-peymanın nə faydası var? Bu suala cavab olaraq deyiblər ki, üsyankar və itaətsiz insanları cəza ilə hədələməklə haqqa təslim etməkdə heç bir maneə yoxdur. Müvəqqəti olan bu təhdid və təzyiq onların qürurunu qırır, düzgün düşünməyə vadar edir. Gələcəkdə öz vəzifələrini iradə və ixtiyarları ilə yerinə yetirirlər. Hər halda, bu əhd-peyman daha çox onun praktiki tərəfləri ilə bağlı idi və əks halda inancları ikrahla dəyişmək olmaz.

4051561

 

captcha