IQNA

Misirdə Quran əzbərləyən uşaqları daşıyan mikroavtobus aşıb

8:05 - July 15, 2022
Xəbər sayı: 3492552
Bu ölkənin Əl-Dağalə əyalətində misirli Quran əzbərləyən uşaqları daşıyan mikroavtobusun aşmasından sonra bir neçə uşaq həlak olub, bir neçəsi də yaralanıb.

"İQNA", "Əl-Misri Əl-yəvm" xəbər saytına istinadən xəbər verir ki, iyulun 13-də axşam saatlarında "Əl-Dəxaliyə" və "Dəmiyyət" əyalətləri arasındakı yolda oğlan və qızlardan ibarət 30 Quran hafizi olan uşaqları daşıyan mikroavtobus aşıb və su kanalında batıb.

Quran hafizi olan bu uşaqlar "Dəmiyyət" vilayətindəki "Rəsül-birr" istirahət düşərgəsinə istirahətə getmişdilər ki, qayıdanda mikroavtobus aşıb və su kanalına düşüb.

Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib, Quran hafizi olan bir neçə uşağın vəfatı ilə əlaqədar başsağlığı verib. O, bu Quran şəhidlərinə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyib.

4070796

captcha