IQNA

Misirdə İslam və Kopt muzeyi əsərlərinin birgə sərgisinin açılışı olub

7:37 - July 23, 2022
Xəbər sayı: 3492594
İki İslam incəsənəti muzeyi ilə Qahirənin Kopt incəsənəti muzeyi arasında əməkdaşlıq çərçivəsində "Çırağ və Çırağdan" adlı müvəqqəti antikvar sərgisinin birinci hissəsi açılıb.

"İQNA", "Əl-Əhram"-a istinadən xəbər verir ki, bu sərginin yaradılmasında məqsəd ziyarətçilərin hər bir muzeydə olan əsərlər toplusu ilə tanış olmasıdır. Bu sərgidə Kopt İncəsənət Muzeyi ilə bağlı bir sıra əsərlər İslam Muzeyində və əksinə İslam İncəsənət Muzeyi ilə bağlı bir sıra əsərlər Kopt Muzeyində nümayiş etdirilib. Onların oxşar və fərqli cəhətləri də qeyd olunub.

İslam İncəsənət Muzeyinin baş direktoru Məmduh Osman deyib ki, İslam sərgisindəki əsərlər Kopt Muzeyinin 19 əsərindən, o cümlədən müxtəlif premium lampalar və şamdanlardan ibarətdir. Bunlardan Kopt xristianları tərəfindən evləri və kilsələri işıqlandırmaq, həmçinin gündəlik işləri və dini ayinləri yerinə yetirmək üçün istifadə edilirmiş.

Kopt Muzeyinin baş direktoru Ceyhan Atif də deyib ki, İslam İncəsənət Muzeyində nümayiş etdirilən seçilmiş əsərlər sələflərimizin nəzərində işıq və işıqlandırma fəlsəfi və mənəvi ideyasını bir növ izah edir.

Bu əsərlər arasında Müqəddəs Ruhun simvolu olan göyərçin şəklində mis çıraq da var. Həmçinin İsa Məsihi (ə) qucağında tutan Məryəmin (s) ikonu da var.

4072418

captcha