"İQNA", "böhtan" atmaq barədə Quranın baxışını belə bəyan edir:
Böhtan və töhmət insanlar arasındakı münasibətlərə dağıdıcı təsiri və zərəri vardır. Elə ki, sosial münasibətləri aradan aparır.
Bu cür yanlış davranışların dini davranışlarda, xüsusən də İslamda yeri yoxdur. Çünki belə davranışlar cəmiyyətdə adiləşərsə, insanların təhlükəsizliyi və abrı təhlükə altına düşəcək. Başqalarına böhtan atmaq, onlara yalan və nalayiq sözlər demək bir cəmiyyətdə olarsa, o cəmiyyətin üzvləri özlərini təhlükəsiz və amanda hiss etməzlər. Əksinə bir-birlərinə qarşı bədbinlik hiss edərlər. Bu vəziyyətlə cəmiyyət məhvə doğru gedir. Çünki cəmiyyətin üzvləri bir-birləri ilə əməkdaşlıq və yardımlaşmaq içərisində yaşaya bilməzlər. Necə ki, Həzrət Musa (ə) buyurur: "Şeytan insan surətində gəlib dedi: Musa! Bir cəmiyyəti əmniyyətsiz etmək istəsəm, o cəmiyyətdə böhtanı artıraram. Cəmiyyətdə böhtanı artırmaq üçün qeybəti yayaram. Çünki bir cəmiyyət qeybət edərsə, böhtan da atar". Kiməsə böhtan atmamaq, çirkin sözlər eşitməmək üçün bədən üzvlərinə sahib çıxmaq tövsiyə olunur. Bu halda bədənin hər bir üzvü, o cümlədən dil, qulaq, göz bir şey söyləməzdən, eşitməzdən və ya görməzdən əvvəl öz davranışından əmin olur. Necə ki, Quran da vurğulayır: "Bilmədiyin şeyin arxasınca getmə, çünki sənin qulaqların, gözlərin və qəlbin sorğu-sual olunacaqdır" (İsra, 36).
Belə olan halda əsassız sözlərin, lüzumsuz şayiələrin yayılmasının qarşısı alınacaq və cəmiyyətin sağlamlığı təmin olunacaq. Sağlam cəmiyyət böhtan və şayiələrə pis baxar. İnsanların cəmiyyətdəki abrının və şəxsiyyətinin şübhə altına alınmasına imkan vermir. Necə ki, "Nur" surəsinin 12-ci ayəsində bu məsələni bir sualla vurğulayır: "Nə üçün onu eşidəndə mömin kişilər və qadınlar bir-birləri barəsində yaxşı gümanda olmadılar və bu aşkar bir böhtandır demədilər".
Bu ayə göstərir ki, bir cəmiyyətin insanları bir-birinə qarşı birlik və rəğbət bəsləməli və kiməsə böhtan atılırsa, onun yayılmasının qarşısını almalıdırlar. Hətta başqalarına böhtan atmağı özlərinə qarşı böhtan hesab edirlər.
2677788