IQNA

İmam Hüseynin (ə) səhabələrinin xüsusiyyətləri

15:51 - August 02, 2022
Xəbər sayı: 3492657
Aşura əhvalatını və onun hadisələrini tanımağın yollarından biri də İmam Hüseynin (ə) 72 nəfərdən çox olmayan səhabələrinin tərkibini tanımaqdır.

Aşura tədqiqatçısı və yazıçı Məhəmməd Rza Səngəri “İQNA”-ya verdiyi  eksklüziv müsahibəsində İmam Hüseynin (ə) səhabələrinin xüsusiyyətlərindən danışıb ki, onu diqqətinizə çatdırırıq:

Bu cəbhənin əshabını tanımadan Həzrət Hüseynin (ə) hərəkətini, Aşura və Kərbəlasını tanımaq mümkün deyil. ya da ən azından bizə natamam və qeyri-kafi bir görüntü təqdim edər. Həzrət İmam Hüseynin (ə) səhabələri gözəl bir topluluqdur. Onların içərisində həm uşaq, həm yeniyetmə, həm qoca, həm gənc, həm qara, həm ağ, həm afrikalı, həm də iranlı var. Kərbəlada mövcud olan bu qəribə birləşmə Həzrət Əba Abdillahın (ə) səhabələrindən fərqli bir mənzərə qarşımıza qoyur.

İmam Hüseynin (ə) səhabələri haqqında şirin və qəribə vəsflər var: Aşura gecəsi öz səhabələrini bacısı Həzrət Zeynəb (s) ilə tanış edəndə o qeyd etdi ki, Allaha and olsun ki, mən onları imtahan etmişəm. Onlar Allahın imtahanından başı uca çıxdılar. Mən onları dağların möhkəm qayaları kimi gördüm. Onlar mənə o qədər bağlı, məftundurlar ki, uşaq ana sinəsinə məftundur. Uşaq ananın qucağında dincəlib qidalandığı kimi mənim səhabələrim məni sevir.

 Onlar pak, təqvalı və ixlaslıdırlar. Onlar keçmiş döyüşləri görüb, çətin sınaqlardan keçərək indi Aşuraya çatıblar.

4073414

captcha