IQNA

Küveytli məddahlar Aşura ərəfəsində Bəhreyndən çıxarılıb

17:39 - August 07, 2022
Xəbər sayı: 3492686
Bir sıra küveytli məddah məhərrəmlik mərasimində iştirak etdikləri üçün Bəhreyndən çıxarılıb.

"İQNA", "Əl-Əhd"-ə istinadən xəbər verir ki, Ali-Xəlifə İmam Hüseyn (ə) əzadarları və Əhli-Beyt ardıcıllarına təzyiq və məhdudiyyətlər tətbiq etmək üçün etdiyi son addımda məhərrəmlik mərasimində iştirak etdikləri üçün bir sıra küveytli məddahı Bəhreyndən çıxarıb.

Küveyt parlamentinin keçmiş üzvü Saleh Aşur bu barədə tvitter hesabında yazıb: “Bəhreyn ilk dəfədir ki, küveytliləri, xüsusən də İmam Hüseynin (ə) əzadarlıq mərasimində iştirak edənləri həbs edib deportasiya edir”.

4076437

Ad:
E-poçt:
* Comment:
captcha